Azərbaycanın İrandakı səfirliyi ilə bağlı YENİ XƏBƏR
Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.
Turizmplus.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.
Dəmirçilu onu da qeyd edib ki, rəsmi Tehran hələlik İranın Azərbaycana yeni səfirini təyin etməyib. Onun sözlərinə görə, ölkədə yeni hökumət formalaşandan sonra səfir təyinatı məsələsinə baxılacaq.