Azərbaycanın ən yaxşı hotelləri açıqlanıb – SİYAHI

Xəbər verdiyimiz kimi, 2024-cü il ərzində görülən işlər haqqında məlumat vermək və gələcək fəaliyyət planını müzakirə etmək məqsədilə Azərbaycan Hotel Assosiasiyasının (AHA) 6-cı Baş Assambleyası keçirilib.

Turizmplus.az xəbər verir ki, Assambleyada ənənəvi “AHA Hospitality Awards 2024” qalibləri də müəyyən edilib. Nominasiya və qalib hotelləri oxucularımıza təqdim edirik:
İlin ən yaxşı lüks oteli – The Ritz-Carlton, Bakı
İlin Ən Yaxşı MICE Oteli – Baku Marriott Hotel Boulevard
İlin Ən Yaxşı Tibbi Təcrübəsi – Lankaran Springs Wellness Resort
İlin Ən Yaxşı Butik Oteli – The Merchant Baku
İlin Ən Yaxşı Otel Memarlığı və Dizaynı – Fairmont Baku Flame Towers
İlin Ən Yaxşı Spa Təcrübəsi – Basqal Resort & SPA
İlin Ən Yaxşı Davamlı Təcrübələri – JW Marriott Absheron Baku
İlin Görkəmli Qida və İçki Komandası – JW Marriott Absheron Baku
İlin Görkəmli Satış Komandası – Four Seasons Hotel Baku, Azərbaycan
İlin Görkəmli Təmizlik Komandası – Hyatt Regency Baku
İlin Görkəmli Ön Ofis Komandası – Four Seasons Hotel Baku, Azerbaijan
Ən Yaxşı Qonaq Performans Oteli (Trust You Score) – İbis Baku City