USD 1.7
17 °C

Azərbaycan “Arabian Travel Market 2025”-də – FOTOREPORTAJ

May 1, 2025 15:41 / 158
Azərbaycan “Arabian Travel Market 2025”-də – FOTOREPORTAJ
A-
A
A+

Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisində tanıdılıb.

cbx-add

Dövlət Turizm Agentliyindən Turizmplus.az saytına verilən məlumata görə, sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur.

Milli stenddə VR texnologiyası vasitəsilə ziyarətçilər Azərbaycanın təbiət mənzərələrini və canlı şəhər həyatını müşahidə edə bilirlər. Ziyarətçilərə Azərbaycanın təbiəti və kulinariyası, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları barədə ətraflı məlumat verilir, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunur. Stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilirb

Qeyd edək ki, Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov milli stendimizi ziyarət edib.

Sadələşdirilmiş viza prosedurları və birbaşa uçuşların sayının artması Körfəz ölkələrindən olan səyahətçilərin Azərbaycana səfərlərini təşviq edir. Birləşmiş Ərəb Əmirlikləri və Qətər vətəndaşları vizasız formada, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn vətəndaşları isə yalnız evisa.gov.az portalı vasitəsilə üç iş gününə və ya təcili prosedurla üç saata qədər elektron viza əldə edə edərək Azərbaycana səfər edirlər.

Oxşar xəbərlər