USD 1.7
8 °C

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin MƏLUMATI

Dekabr 27, 2024 12:48 / 419
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin MƏLUMATI
A-
A
A+

Bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı (Rusiya) istiqamətində uçan AZAL təyyarəsi geri qayıtmalı olub.

cbx-add

Turizmplus.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntüləri “Flightradar24” paylaşıb.

Buna dron hücumunun səbəb olduğu bildirilir.

“Azərbaycan Hava Yolları”dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.

AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Oxşar xəbərlər