AZAL bu istiqamətə reysləri 16 martadək LƏĞV ETDİ

Mart 10, 2026 21:04 / 86
AZAL bu istiqamətə reysləri 16 martadək LƏĞV ETDİ
A-
A
A+

Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar Bakı–Tel-Əviv istiqamətində planlaşdırılan uçuşlarda dəyişiklik edilib.

cbx-add

Turizmplus.az-a daxil olan məlumata görə, Bakı–Tel-Əviv–Bakı marşrutu üzrə planlaşdırılan reyslər 16 mart tarixinədək təxirə salınıb.

Bildirilib ki, həmin reyslər üzrə bilet almış sərnişinlər üçün “involuntary” qaydada (məcburi dəyişiklik) bilet tarixinin dəyişdirilməsi və ya pulun geri qaytarılması mümkündür.

Qeyd olunur ki, cəriməsiz tarix dəyişimi ilkin səyahət tarixindən etibarən 14 gün sonrakı tarixlərədək həyata keçirilə bilər.

Oxşar xəbərlər