USD 1.7
26 °C

Avtobuslarda cibgirlik edən şəxslər saxlanılıb – VİDEO

Aprel 2, 2024 14:41 / 99
Avtobuslarda cibgirlik edən şəxslər saxlanılıb – VİDEO
A-
A
A+

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.

Avtobuslarda cibgirlik edən şəxslər saxlanılıb - VİDEO

DİN-dən “Mediaplus”-a verilən məlumata görə, bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib. Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Oxşar xəbərlər