USD 1.7
28 °C

ATAA üzvləri üçün workshop təşkil olunub – FOTOLAR

İyul 8, 2025 17:03 / 123
ATAA üzvləri üçün workshop təşkil olunub – FOTOLAR
A-
A
A+

Wyndham Hotels & Resorts və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) birgə təşəbbüsü ilə ATAA üzvləri üçün workshop təşkil olunub.

cbx-add

Tədbirin əsas məqsədi Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan ərazisində fəaliyyət göstərən Wyndham Hotels & Resorts şəbəkəsinə daxil olan 10 hoteli ATAA üzvlərinə daha yaxından tanıtmaq, həmçinin hotellərin təqdim etdiyi xidmətlər və potensialı barədə ətraflı məlumat verməkdir.

Wyndham Garden Baku hotelində keçirilən tədbirdə təqdimatlar zamanı hotellərin yerləşdiyi regionlar, unikal üstünlükləri, infrastruktur imkanları və turizm bazarına təklif etdikləri fərqli xidmətlər haqqında geniş təqdimatlar nümayiş etdirilib.

60-a yaxın ATAA üzvünün qatıldığı tədbir çərçivəsində Wyndham Hotels & Resorts hotelləri ilə gələcək əməkdaşlıq perspektivləri və ortaq maraq doğuran məsələlər müzakirə olunub, həmçinin tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və turistlərə daha keyfiyyətli xidmət göstərilməsi istiqamətində təkliflər səsləndirilib.

Qeyd edək ki, Wyndham Hotels & Resorts hazırda dünyanın 95 ölkəsində 9 000-dən çox hotelə sahib olmaqla qlobal miqyasda ən böyük və nüfuzlu hotel şəbəkələrindən biri hesab olunur.

Oxşar xəbərlər