ATAA üzvləri “Şahdağ” Turizm Mərkəzində – İNFO-TUR

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə Assosiasiya üzvləri üçün Şahdağa infotur təşkil edilib.

Turizmplus.az xəbər verir ki, infoturun əsas məqsədi ATAA üzvlərini yay mövsümünə hazırlıq çərçivəsində kurortda mövcud infrastruktur, yenidənqurma və bərpa işləri, o cümlədən yeni xidmətlər və təklif olunan turizm imkanları ilə yaxından tanış etmək, əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
İnfotur çərçivəsində Assosiasiya üzvlərinə hotellərin qonaqlama imkanları nümayiş olunub, yay əyləncələri haqqında məlumat verilib, iş birliyinin genişləndirilməsi məqsədilə bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparılıb.