ATAA sədri Göydəniz Qəhrəmanov gəlmə turizm şirkətlərinin nümayəndələri ilə görüşüb – FOTOLAR

Oktyabr 13, 2025 12:48 / 102
ATAA sədri Göydəniz Qəhrəmanov gəlmə turizm şirkətlərinin nümayəndələri ilə görüşüb – FOTOLAR
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ATAA-nın gəlmə turizmi üzrə fəaliyyət göstərən bir sıra üzvləri ilə görüşüb.

cbx-add

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə qış mövsümü üzrə səmərəli işin təşkili, üzvlər arasında koordinasiyalı işin gücləndirilməsi, daxili turizmin inkişaf perspektivləri, üzvlərin gəlmə turizmi üzrə üzləşdikləri çətinliklər və həlli yolları müzakirə olunub, yeni destinasiyalar və uçuş istiqamətləri ətrafında müzakirələr aparılıb.

Həmçinin üzvlərin xarici bazarlarda daxili turizmin tanıtım imkanlarının artırılması, xarici ölkələrdəki tərəfdaş şirktlərlə effektiv əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, turist cəlbediciliyi baxımından gəlmə turizmi üzrə fəaliyyətin gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, üzvlərin fikir və təklifləri dinlənilib.

Görüşün sonunda Assosiasiya sədri üzvlərə fəaliyyətlərinin səmərəli təşkili üçün öz tövsiyələrini verib, ATAA -nın qaldırılan məsələlərin həllində dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğlayıb.

Oxşar xəbərlər