ATAA-nın Getmə Turizm Komitəsinin üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib

Oktyabr 31, 2025 14:17 / 316
ATAA-nın Getmə Turizm Komitəsinin üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsinin üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə səfirliklərdə viza müraciətləri zamanı sənədlərin tərtibində mövcud qaydalara riayət olunması, sənədlərin hazırlanması prosesində yol verilən nöqsanlar, növbələrin götürülməsi, eləcə də vizalarla bağlı tətbiq olunan yeni tələblər haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.

Bununla yanaşı 2026-cı il üzrə Getmə Turizm Komitəsinin fəaliyyət planı, Tayland istiqaməti üzrə turist səfərlərinin sayında müşahidə olunan artım və bu istiqamətdə həyata keçirilən işlər, yeni istiqamətlərin araşdırılması, tranzit uçuşlarının təşkili, həmçinin mövcud destinasiyalar üzrə tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, komitənin turoperatorlarla görüşünün təşkili və bir sıra digər məsələlər müzakirə olunub.

Oxşar xəbərlər