ATAA-nın Gəlmə Turizm Komitəsi yay mövsümünə hazırlıq məsələlərini müzakirə edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Gəlmə Turizm Komitəsində yay mövsümünə hazırlıq və turist axınının artırılması məsələləri müzakirə olunub.

ATAA-nın İdarə Heyəti sədrinin iştirakı ilə keçirlən görüşdə ölkənin gəlmə turizm potensialının gücləndirilməsi məqsədilə beynəlxalq turizm yönümlə Assosiasiyalarla qarşılıqlı fəaliyyətin genişləndirilməsi, aviadaşıyıcılar və hotel sənayesi ilə əlaqələrin gücləndirilməsi, o cümlədən muzey və bələdçilərlə əməkdaşlığın artırılması müzakirə edilib.
Bununla yanaşı mövcud turizm marşrutları üzrə potensialın yüksəldilməsi və aktivliyin artırırılması, Azərbaycanın xarici qonaqlar üçün cəlbedici istiqamətə çevrilməsi ətrafında fikir mübadiləsi aprılıb.