ATAA İdarə Heyəti toplandı: Yeni üzvlər və müzakirələr

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, toplantıda ATAA sədri Göydəniz Qəhrəmanov İdarə Heyəti üzvlərinə son 6 ay ərizində Assosiasiya tərəfindən həyata keçirilən işlər, dövlət qurumları və təşkilatlarla, xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə, o cümlədən beynəlxalq aviadaşıyıcılarla aparılan görüşlər və turizm sərgilərində ATAA üzvlərinin iştirakı ilə bağlı ətraflı məlumat verib.
Görüş zamanı həmçinin ölkənin turizm sənayesi və mövcud xarici destinasiyalar üzrə cari vəziyyət, sektorun inkişafının dəstəklənməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Assosiasiyanın atdığı addımlar, ATAA üzvlərinin üzləşdiyi çətinliklər və həlli yolları, yay mövsümü ərzində muzeylər və qoruqlarla əməkdaşlığın genişləndirilməsi, o cümlədən 2025-ci ilin ikinci yarısı üçün nəzərdə tutulan tədbirlər planı müzakirə olunub.
Görüş çərçivəsində ATAA-ya üzvlüklə bağlı ünvanlanan müraciətlərə baxılıb və yeni üzvlər qəbul edilib.