ATAA geniş tərkibli iclas keçirib – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin iştirakı ilə ATAA-nın nəzdində fəaliyyət göstərən komitə və komissiyalarının fəaliyyət planlarının icrasına dair iclası keçirilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, iclasda Gəlmə, Getmə, Avialogistika, Peşəkar Turizimçilər Komitələrinin, eləcə də Nizam-İntizam və Nəzarət-Təftiş Komissiyalarının və Beynəlxalq Şöbənin rəhbərlərinin həyata keçirilən və planlaşdırılan tədbir və görüşləri barədə hesabtları təqdim olunub, fikir və təklifləri dinlənilib.
Görüşdə həmçinin komitə və komissiya üzvlərinin davamiyyəti və yeni üzvlərin seçilməsi, daxili turizmin inkişaf etdirilməsi, hava yollarıyla mütamadi görüşlərin keçirilməsi, tədbirlərin təşkili məqsədi ilə işçi qrupunun yaradılması, bələdçilər və nəqliyat sektoruyla görüşlərin təşkil olunması, həmçinin regionlarda ATAA nümayəndəliklərinin açılması, beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və digər məsələlərə dair müzakirələr aparılıb.

