ATAA gəlmə və getmə turizmi üzrə tur menecer təlimlərinə start verəcək
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 15 sentyabr tarixindən etibarən gəlmə və getmə turizmi üzrə tur menecer təlimlərinə start verəcək. Təlim 1 ay nəzəri biliklər, 1 ay isə praktiki hissə olmaqla 2 ay davam edəcək.
Turizmplus.az xəbər verir ki, sonda hər bir iştirakçıya müvəffəqiyyət sertifikatı təqdim olunacaq. Bununla yanaşı kursu uğurla bitirən iştirakçılar praktiki biliklərin artırılması məqsədi ilə turizm şirkətlərinə daha dərin təcrübə üçün yönləndiriləcək.
Təlimlər aşağıda qeyd olunan bölümələrdən ibarət olacaq:
Incoming
1. Səyahət Agentliyi və Turoperatorun formalaşdırılması
2. Turizm şirkətində sənədləşmə
3. Müqavilə münasibətləri
4. Nəqliyyat
5. Marketinq
6. Tur proqramları və marşrutların hazırlanması
7. Qiymət strategiyası
8. Əlavə xidmətlər
9. Sığorta
10. Tur rəhbərinin etik qaydaları
Outgoing təlimləri
1. Turizm şirkətinin formalaşdırılması
2. Turizm şirkətinin sənədləşdirilməsi
3. Turizmin növləri
4. Turpaketlərin hazırlanması
5. Turun proqramının qurulması
6. Müqavilə münasibətləri
7. Marketinq
8. Pasport və viza sənədləşməsi
9. Bronlaşdırma sistemləri
Qeydiyyat üçün əlavədə göstərilən telefon nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
+99450 224 52 12