USD 1.7
31 °C

ATAA “ATM 2025” SƏRGİSİNDƏ: Görüşlər, müzakirələr, yeni planlar

May 3, 2025 17:10 / 353
ATAA “ATM 2025” SƏRGİSİNDƏ: Görüşlər, müzakirələr, yeni planlar
A-
A
A+

28 aprel -1 may tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədri, o cümlədən 30-dan artıq üzv şirkətin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünyanın ən nüfuzlu beynəlxalq turizm tədbirlərindən biri olan “Arabian Travel Market 2025” (“ATM 2025”) sərgisində iştirak ediblər.

cbx-add

Assosiasiaydan Turizmplus.az saytına verilən məlumata görə, sərgidə ölkəmizi Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə yanaşı Azərbaycan Turizm Bürosunun, “Azərbaycan Hava Yolları” QSC-nin, “Şahdağ” Turizm Mərkəzinin və bir sıra hotellərin nümayəndələri təmsil ediblər .

Sərgi çərçivəsində milli stendə ziyarətçilərə Azərbaycanın turizm potensialı, milli kulinariya nümunələri, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunub.

Bununla yanaşı beynəlxalq tərəfdaşlarla və turizm yönümlü təşkilatların nümayəndələri ilə, həmçinin turizm agentlikləri və tur operatorlarla görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Oxşar xəbərlər