Expedia-nın 2025-ci ilə dair yayımladığı araşdırmanın nəticələri Z nəslinin tətil seçimlərində diqqətçəkən bir dəyişiklik olduğunu ortaya qoyur. Gənc nəsil artıq səyahət zamanı plan qurmaq, restoran axtarmaq və detallarla məşğul olmaq əvəzinə, hər şeyin əvvəlcədən təşkil olunduğu və rahat bir təcrübə təqdim edən “hər şey daxil” tətillərə üstünlük verir.

Turizmplus.az xəbər verir ki, araşdırmada iştirak edən Z nəslinin təxminən yarısı yemək axtarmaq kimi çətinliklərdən uzaq olduqları üçün bu modelə yönəlir. Respondentlərin 41%-i bu cür tətilləri “lüks” kimi qiymətləndirir, yalnız 2%-i isə bu modelə daha az stress səbəbilə üstünlük verdiyini bildirir.
Bu tendensiyanı vaxtında görən böyük otel zəncirləri də strategiyalarını dəyişməyə başlayıb. Xüsusilə Hyatt və Marriott kimi qlobal brendlər Avropada yeni “hər şey daxil” kurortlar açmağa hazırlaşaraq artan tələbi qarşılamaq niyyətindədir.