USD 1.7
8 °C

AKSİYA: “Bu sanatoriyaları bron edənləri HƏDİYYƏ gözləyir” – VÜSAL ƏSGƏROV

Fevral 10, 2025 17:56 / 183
AKSİYA: “Bu sanatoriyaları bron edənləri HƏDİYYƏ gözləyir” – VÜSAL ƏSGƏROV
A-
A
A+

Onlayn B2B sistemimizdən yerli hotellərlə yanaşı artıq Özbəkistanda yerləşən hotellər və ekskursiyalı turları əldə etmək mümkündür”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri saytımıza “Savtour” turizm agentliyinin rəhbəri Vüsal Əsgərov deyib. O, qeyd edib ki, bir müddət sonra sistemdə hotellərin sayı artırılacaq.

“Yerli şirkətlərin nümayəndələri Özbəkistanda transfer, bələdçi xidməti və hotellərin rezervasiyası ilə əlaqədar bizə müraciət edə bilərlər. Onu da xatırlatmaq istəyirəm ki, hazırda yerli sanatoriyalar üçün yeni aksiyamız da mövcuddur. “Garabagh Resort & SPA” və “Chinar Hotel & SPA” hotelləri üçün minimum 6 gecə alanda 1 gecə hədiyyə olacaq.

“Gashalti Health Hotel”də isə 7 gecəlik və daha çox rezervasiya edənlərə 2 parafin proseduru, 2 rahatlaşdırıcı vanna, gündə 3 dəfə fizioterapiya və gündə 1 dəfə Naftalan vannası hədiyyə olunacaq”, – deyə Vüsal Əsgərov bildirib.

Qeyd edək ki, artıq sistemdən 50-ə yaxın yerli, 100-dən artıq Özbəkistdan turizm şirkəti qeydiyyatdan keçib.

Oxşar xəbərlər