Air Astana və FlyArystan hava yolları ilə PAŞA Travel arasında əməkdaşlıq müzakirə edilib
Air Astana və FlyArystan hava yollarının İcraçı Direktoru cənab Peter Foster ilə PAŞA Travel arasında görüş keçirilib.
Turizmplus.az xəbər verir ki, görüş zamanı 2026-cı il ərzində planlaşdırılan addımlar, eləcə də Azərbaycan və Qazaxıstan arasında turizm imkanlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, aprel ayından etibarən Aktau–Bakı, iyun ayından isə Astana–Bakı istiqamətində FlyArystan Hava Yollarının uçuşları bərpa olunacaq.
Tərəflər hər iki ölkə arasında turizm potensialını, gələcək əməkdaşlıq perspektivlərini və birgə layihə imkanlarını müzakirə edib, Azərbaycan–Qazaxıstan turizm əlaqələrinin gücləndirilməsi və qarşılıqlı turist axınının artırılması istiqamətində razılıq əldə ediblər.
Qeyd edək ki, PAŞA Travel FlyArystan Hava Yollarının Azərbaycandakı rəsmi GSA tərəfdaşıdır.


