“AEGEAN Airlines” aviaşirkətinin həyata keçirdiyi Bakı – Afina – Bakı marşrutu üzrə reyslər qış mövsümü üçün müvəqqəti olaraq dayandırılıb.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, uçuşlar 2026-cı ildə, 23 may – 29 sentyabr tarixləri arasında yenidən həyata keçiriləcək.
Qeyd edilib ki, Bakıdan olan reyslərin müvəqqəti dayandırılmasına baxmayaraq, AEGEAN Airlines aviaşirkətinin digər bütün istiqamətləri üzrə BSP satışları aktiv olaraq qalır.