Bakıda açıq səma altında növbəti “Kino axşamı” təşkil olunacaq.
Turizmplus.az xəbər verir ki, Bakı bulvarında keçiriləcək növbəti film nümayişi 8 avqust tarixində baş tutacaq.
Kino axşamında Azərbaycan kinematoqrafiyasının sevilən əsərlərindən biri olan “Ulduz” filmi nümayiş etdiriləcək.
Qeyd edək ki, filmin başlanma saatı 20:30-da nəzərdə tutulub.

