Azərbaycan Dəmir Yollarında “Bələdçi” və 20-dən çox VAKANSİYA VAR
Azərbaycan Dəmir Yolları “Sərnişin vaqonunun bələdçisi” vəzifəsi üzrə işçi qəbulu elan edib.
Turizmplus.az xəbər verir ki, şirkət bu vəzifə üzrə 20-dən çox vakansiya üzrə namizədlərin müraciətlərini qəbul edir.
Məlumata görə, vakansiya sərnişin qatarlarında xidmətin təşkili, sərnişinlərin rahat və təhlükəsiz səfərinin təmin olunması istiqamətində çalışacaq əməkdaşlar üçün nəzərdə tutulub.
Vakansiya ilə maraqlanan namizədlər ətraflı məlumat əldə etmək və müraciət etmək üçün ADY-nin Karyera platformasına daxil ola bilərlər: career.ady.az.

