Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstan üzrə uçuş şəbəkəsini daha da genişləndirir.
Turizmplus.az xəbər verir ki, aviaşirkət Atırau və Aktobe şəhərlərinə birbaşa reyslər həyata keçirəcək.
Məlumata görə, Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar 16 avqust 2026-cı il tarixindən etibarən həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Bakı–Aktobe–Bakı marşrutu üzrə reyslər isə 16 sentyabr 2026-cı il tarixindən başlayacaq və həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri icra olunacaq.

