“Hilton Baku” hotelinə yeni kommersiya direktoru təyin edilib.
Turizmplus.az xəbər verir ki, bu vəzifəyə Nigar Şveçikova gətirilib.
Bildirilib ki, Nigar Şveçikova satış, marketinq, gəlirlərin idarə olunması (revenue management) və kommersiya strategiyası sahələrində aparıcı beynəlxalq hotel brendlərində qazandığı geniş təcrübəyə malikdir.
Yeni kommersiya direktorunun strateji yanaşması, güclü kommersiya düşüncəsi və bazar üzrə geniş təcrübəsinin hotelin inkişafına, qonaq məmnuniyyətinin artırılmasına və biznes tərəfdaşları ilə əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

