“Sea Breeze Marina Yacht Club”dan turizmçilərə ÖZƏL TƏKLİFLƏR

İyun 15, 2026 16:06 / 78
“Sea Breeze Marina Yacht Club”dan turizmçilərə ÖZƏL TƏKLİFLƏR
A-
A
A+

Xəzər dənizinin sahilində yerləşən və regionun ən prestijli dəniz istirahət məkanlarından biri hesab olunan Sea Breeze Marina Yacht Club 2026-cı ilin yay mövsümünün başladığını rəsmən elan edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, premium xidmət anlayışı, müasir infrastrukturu və fərqli istirahət konsepsiyası ilə seçilən marina bu yay da qonaqlarına dəniz üzərində unudulmaz təcrübələr vəd edir.

Sea Breeze Marina Yacht Club fərdi qonaqlar, ailələr və korporativ müştərilər üçün geniş xidmət çeşidi təqdim edir. Burada qonaqlar həm istirahət, həm də aktiv əyləncə imkanlarından yararlana bilirlər.

Marinanın təqdim etdiyi əsas xidmətlərə aşağıdakılar daxildir:

  • Premium sinif yaxt və katerlərin icarəsi;
  • Günbatımı və fərdi dəniz turları;
  • Su motosikletləri və digər su əyləncələri;
  • Peşəkar dəniz idman növləri;
  • Diving School çərçivəsində peşəkar dalğıclıq təlimləri və xüsusi proqramlar;
  • Ad günləri, korporativ tədbirlər və digər xüsusi mərasimlərin təşkili;
  • Eksklüziv VIP xidmətlər və hər bir qonağa fərdi yanaşma.

Bununla yanaşı, turizm şirkətləri, DMC-lər, tur operatorlar və səyahət agentlikləri üçün də xüsusi əməkdaşlıq imkanları yaradılıb. Tərəfdaşlara sərfəli komissiya şərtləri, operativ rezervasiya dəstəyi və çevik əməkdaşlıq mexanizmləri təklif olunur.

Sea Breeze Marina Yacht Club rəhbərliyi bildirir ki, müştərilərinə sadəcə istirahət deyil, premium həyat tərzi, komfort və dəniz üzərində unudulmaz emosiyalar təqdim etməyi qarşısına məqsəd qoyub.

Beləliklə, 2026-cı ilin yay mövsümündə fərqli atmosfer, yüksək xidmət keyfiyyəti və xüsusi dəniz təcrübəsi axtaran qonaqlar üçün Sea Breeze Marina Yacht Club ideal seçimlərdən biri kimi diqqət çəkir.

Rezervasiya və əməkdaşlıq üçün:

Elçin Yolçuyev
Turizm seqmenti üzrə satış rəhbəri
Əlaqə: +994 70 838 69 13

Oxşar xəbərlər