Dubay Beynəlxalq Hava Limanına uçuşlar hazırda normal rejimdə davam edir.
Bu barədə Turizmplus.az-a açıqlamasında “Aviapartners” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda Dubay istiqamətində uçuşların həyata keçirilməsində hər hansı məhdudiyyət və ya fasilə müşahidə olunmur və reyslər planlaşdırılmış cədvələ uyğun icra edilir.
Z. Əliyev qeyd edib ki, sərnişinlər səyahətlərini əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun şəkildə davam etdirə bilərlər.
Qeyd edək ki, son günlər regionda baş verən hadisələr fonunda bəzi sərnişinlər tərəfindən Yaxın Şərq istiqamətində uçuşların vəziyyəti ilə bağlı suallar yaranıb. Lakin hazırda Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini normal qaydada davam etdirir və aviareyslərdə ciddi dəyişiklik qeydə alınmayıb.

