AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa edib

İyun 1, 2026 10:45 / 37
AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa edib
A-
A
A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə – Sankt-Peterburq – Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib.

cbx-add

Bu barədə Turizmplus.az aviaşirkətə istinadən xəbər verib.

“Gəncədən təyyarə mayın 30-da Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək”, – AZAL-dan qeyd olunub.

Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.

Oxşar xəbərlər