Rüstəm İskəndərzadə Bakıda fəaliyyət göstərən JW Marriott Absheron Baku və The Ritz-Carlton, Baku hotellərinə Marketinq Direktoru vəzifəsinə təyin olunub.
Turizmplus.az xəbər verir ki, o, qonaqpərvərlik sahəsində 10 illik beynəlxalq marketinq təcrübəsinə malikdir.
Bildirilib ki, Rüstəm İskəndərzadə karyerası ərzində Yaxın Şərq və Cənubi Avropada yerləşən lüks hotellərdə rəhbər vəzifələrdə çalışıb. Bu təyinatdan əvvəl o, The Ritz-Carlton, Sharq Village & Spa otelində Marketinq rəhbəri, daha əvvəl isə InterContinental Malta hotelində Marketinq şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Onun peşəkar fəaliyyətində Bakıda həyata keçirilmiş mühüm layihələr də yer alır. Belə ki, o, Courtyard by Marriott Baku otelinin açılışında və Sheraton Baku Intourist otelinin transformasiya prosesində iştirak edib. Rüstəm İskəndərzadə karyerasına 2016-cı ildən JW Marriott Absheron Baku otelində marketinq sahəsində başlayıb.
Qeyd edək ki, o, Böyük Britaniyada yerləşən Coventry University universitetində Marketinq Menecmenti üzrə magistr dərəcəsi alıb.

