“ABB mobile” tətbiqində aviabilet satışları BAŞLAYIR

May 5, 2026 12:43 / 209
“ABB mobile” tətbiqində aviabilet satışları BAŞLAYIR
A-
A
A+

Azərbaycanda rəqəmsal bankçılıq xidmətləri genişlənməkdə davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, ABB mobil tətbiqi üzərindən artıq aviabiletlərin satışı mümkün olacaq.

Məlumata görə, bankın təqdim etdiyi “DigiTravel” xidməti vasitəsilə istifadəçilər müxtəlif istiqamətlər üzrə reysləri axtara, uyğun variantları seçə və tətbiqdən çıxmadan birbaşa ödəniş edərək aviabilet əldə edə biləcəklər. Bildirilir ki, yaxın zamanda bu imkan daha geniş coğrafiyanı əhatə edəcək.

Yeni xidmət istifadəçilərə real vaxt rejimində bilet qiymətlərini müqayisə etmək, uyğun marşrutları seçmək və rezervasiya aparmaq imkanı yaradır. Eyni zamanda sistem istifadəçinin axtarışlarına uyğun optimal variantları da təklif edir.

Qeyd edək ki, ABB son dövrlərdə səyahətlə bağlı xidmətlərini genişləndirərək mobil tətbiqində səyahət sığortası, viza üçün arayışların alınması, “TravelCard”, millər qazandıran kartlar və eSIM kimi imkanları da təqdim edib.

Bank tərəfindən bildirilib ki, gələcəkdə də səyahətsevərlər üçün xidmətlərin vahid platformada təqdim olunması istiqamətində yeni layihələr həyata keçiriləcək.

Oxşar xəbərlər