Azərbaycanın milli aviadaşıyıcısı Dubay istiqaməti üzrə uçuşların bərpasını elan edib.
Turizmplus.az xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) 15 may tarixindən etibarən Dubay istiqamətinə reyslərə yenidən start verəcək.
Məlumata görə, uçuşlar hər gün həyata keçiriləcək ki, bu da sərnişinlər üçün daha çevik səyahət imkanları yaradacaq.
Bildirilib ki, biletlər artıq aviaşirkətin rəsmi saytı və mobil tətbiqi üzərindən satışdadır.

