TBO.COM Bakıda regional ofisini açıb; Ölkə meneceri Pərvanə Ağayeva oldu
TBO.COM şirkəti Azərbaycanda fəaliyyətini genişləndirərək Bakıda yeni regional ofisini istifadəyə verib.
Turizmplus.az xəbər verir ki, yeni ofis Qafqaz və Mərkəzi Asiya regionlarına xidmət göstərmək məqsədilə yaradılıb. Şirkət bu addımı strateji genişlənmənin mühüm mərhələsi kimi qiymətləndirir.
Məlumata görə, Bakıda regional ofisin açılması TBO.COM-un tərəfdaşlarına daha yaxın olmaq, xidmətləri sadələşdirmək və sürətlə inkişaf edən bazarlarda biznes imkanlarını genişləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, şirkətin Azərbaycandakı fəaliyyəti üzrə Country Manager (ölkə üzrə menecer) vəzifəsini Pərvanə Ağayeva icra edəcək.
Şirkət nümayəndələri bu layihənin həyata keçirilməsində dəstək göstərən tərəfdaşlara təşəkkürlərini bildiriblər və yeni ofisin regionda turizm sektorunun inkişafına töhfə verəcəyini qeyd ediblər.

