AZAL tərəfindən bir neçə beynəlxalq istiqamət üzrə planlaşdırılan uçuşlar müvəqqəti olaraq təxirə salınıb.
Turizmplus.az xəbər verir ki, aşağıdakı marşrutlar üzrə reyslər 30 aprel tarixinədək həyata keçirilməyəcək:
- Bakı – Tel-Əviv – Bakı
- Bakı – Dubay – Bakı
- Bakı – Ər-Riyad – Bakı
- Bakı – Dammam – Bakı
- Bakı – Tehran – Bakı
- Bakı – Təbriz – Bakı
Sərnişinlərə uçuşlarla bağlı yenilikləri izləmələri, həmçinin dəyişiklik və qaytarılma prosedurları üçün aviaşirkət və ya turizm agentlikləri ilə əlaqə saxlamaları tövsiyə olunur.
Aidiyyəti qurumlar tərəfindən tərəfdaşlardan sərnişinlərin vaxtında məlumatlandırılması və zəruri tədbirlərin görülməsi xahiş edilib.

