Azərbaycan Hava Yolları (AZAL) Bakı – Ər-Riyad – Bakı istiqaməti üzrə planlaşdırılan bəzi uçuşların təxirə salındığını açıqlayıb.
Turizmplus.az xəbər verir ki, J2 8203 və J2 8204 nömrəli reyslər 21 mart tarixinədək müvəqqəti olaraq həyata keçirilməyəcək.
Aviaşirkət tərəfindən sərnişinlərə bu dəyişikliklə bağlı məlumatlandırma aparılması və zəruri tədbirlərin görülməsi tövsiyə olunur.
Qeyd olunub ki, təxirə salınmış uçuşlara bileti olan sərnişinlər üçün involuntary qaydada dəyişiklik və ya geri qaytarma imkanları təqdim edilir.
Belə ki:
-
Cəriməsiz tarix dəyişikliyi ilkin uçuş tarixindən etibarən 14 gün sonrakı tarixlərədək mümkündür
-
Biletlərin tam qaytarılması da həyata keçirilə bilər
Sərnişinlərə əlavə məlumat üçün aviaşirkət və ya turizm agentlikləri ilə əlaqə saxlamaq tövsiyə olunur.

