Yaxın Şərqdə artan gərginlik fonunda Dubay Beynəlxalq Hava Limanında ciddi sıxlıq müşahidə olunur. Hava limanının terminallarında minlərlə sərnişinin toplandığı və uzun növbələrin yarandığı bildirilir.
Turizmplus.az xəbər verir ki, bəzi uçuşların gecikməsi və marşrutların dəyişdirilməsi səbəbindən sərnişinlər saatlarla gözləməli olur. Bu isə hava limanında normal hərəkətin çətinləşməsinə və böyük insan axınına səbəb olub.
VİDEONU İZLƏMƏK ÜÇÜN KLİKLƏYİN
Bununla belə, Dubay hava limanında uçuş əməliyyatları tam dayandırılmayıb və aviaşirkətlər uçuşları mərhələli şəkildə həyata keçirməyə çalışır. Sərnişinlərə hava limanına daha tez gəlmək və uçuş məlumatlarını əvvəlcədən yoxlamaq tövsiyə olunur.

