Bakıdan Tel-Əvivə reyslər bu tarixədək ləğv edilib? – FOTO

Fevral 28, 2026 14:54 / 68
Bakıdan Tel-Əvivə reyslər bu tarixədək ləğv edilib? – FOTO
A-
A
A+

GDS (Global Distribution System) sistemlərində yer alan məlumata əsasən, Bakıdan İsrailin paytaxtı Tel-Əviv şəhərinə həyata keçirilməsi planlaşdırılan reyslər bazar ertəsinə qədər ləğv edilib. Uçuşların dayandırılması İsrail hava məkanının təhlükəsizlik səbəbindən müvəqqəti bağlanması ilə əlaqələndirilir.

cbx-add

Turizmplus.az xəbər verir ki, hazırda regionda təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Təl-Əviv istiqamətində uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilir. Sərnişinlərə uçuş cədvəllərindəki dəyişikliklərlə bağlı aviakompaniya ilə əlaqə saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-021 nömrəli Bakı–Təl-Əviv reysi də təyinat məntəqəsinə çata bilməyib. Reys İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdaraq Bakıya istiqamət alıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 12:24-də uğurla eniş edib.

Turizmplus.az vəziyyəti izləyir və əlavə məlumat olduqda oxuculara təqdim edəcək.

Oxşar xəbərlər