YENİ QAYDA: Uçuşu 3 saat gecikən sərnişinlər təzminat ala biləcək

Yanvar 23, 2026 13:46 / 84
YENİ QAYDA: Uçuşu 3 saat gecikən sərnişinlər təzminat ala biləcək
A-
A
A+

Avropa Parlamenti hava yolu sərnişinlərinin hüquqlarını gücləndirməyi hədəfləyən və təxminən 15 ildir yenilənməsi gözlənilən qaydalara dəstək verib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Strazburqda keçirilən plenar iclasda aparılan səsvermə zamanı uçuşların üç saat gecikməsi və ya ləğv edilməsi halında sərnişinlərə kompensasiya ödənilməsini məcburi edən sənəd 632 lehinə, 15 əleyhinə səslə qəbul olunub.

Yeni tənzimləmə aviaşirkətlərin gecikmə və uçuşların ləğvi hallarında sərnişinlər qarşısında məsuliyyətlərini daha dəqiq müəyyənləşdirir. Qərar istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən müsbət qarşılanıb. Bununla belə, bəzi aviaşirkətlər bu dəyişikliklərin uçuş xərclərini artıracağını və sektor üçün əlavə çətinliklər yaradacağını iddia ediblər.

Aviaşirkətlər kompensasiya hüququnun ən azı beş saatlıq gecikmədən sonra qüvvəyə minməsini təklif etsələr də, Avropa Parlamenti bu tələbi qəbul etməyib.

Yeni qaydalar həmçinin əl yükü ilə bağlı ödənişlərə də məhdudiyyətlər gətirir. Belə ki, sərnişinlər 40 x 30 x 15 santimetr ölçülərində bir şəxsi əşyanı və ümumi ölçüsü 100 santimetri keçməyən, çəkisi isə 7 kiloqrama qədər olan kiçik təkərli əl yükünü əlavə ödəniş etmədən təyyarə salonuna apara biləcəklər.

Oxşar xəbərlər