“Air Cairo” Şarm-əl-Şeyxə birbaşa uçacaq: “Fun&Sun”da blok yerlər

Yanvar 16, 2026 16:09 / 151
“Air Cairo” Şarm-əl-Şeyxə birbaşa uçacaq: “Fun&Sun”da blok yerlər
A-
A
A+

Artıq Fun&Sun tur operatorunda Air Cairo hava yolları ilə Misirin məşhur kurort şəhəri Şarm El-Şeyxə birbaşa reyslər üzrə blok yerlər satışa açılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, uçuşlar hər həftənin 2-ci günü olmaqla 24 mart 2026-cı il tarixindən etibarən həyata keçiriləcək. Birbaşa reyslər sayəsində sərnişinlər rahat və sürətli şəkildə Şarm El-Şeyxə çatmaq imkanı əldə edəcəklər.

Blok yerlərin mövcudluğu turizm şirkətləri üçün sərfəli qiymətlərlə satış aparmaq, erkən rezervasiyaları aktivləşdirmək və müştərilərə yay mövsümü üçün alternativ istirahət paketləri təklif etmək baxımından əlavə üstünlüklər yaradır.

Qeyd edək ki, Şarm El-Şeyx yay mövsümündə ən çox tələb görən istiqamətlərdən biri hesab olunur və bu reyslər turizm bazarında canlanmaya təkan verəcək.

Oxşar xəbərlər