NG Hotels Egey sahillərində yeni “səssiz lüks” layihəsini təqdim edir – NG Sign Bodrum 2026-da açılır

Dekabr 25, 2025 16:14 / 43
NG Hotels Egey sahillərində yeni “səssiz lüks” layihəsini təqdim edir – NG Sign Bodrum 2026-da açılır
A-
A
A+

Türkiyənin aparıcı qonaqlama brendlərindən biri olan NG Hotels, fərdi yanaşma və “səssiz lüks” konsepsiyasını Egey bölgəsinə daşıyır. Qrupun yeni investisiya layihəsi NG Sign Bodrum, 2026-cı ilin yay mövsümündə Bodrumun Ortakent–Yahşi bölgəsində qapılarını qonaqların üzünə açmağa hazırlaşır.

cbx-add

Turizmplus.az xəbər verir ki, tamamilə villa konsepti əsasında dizayn edilən layihə 40 eksklüziv villadan ibarətdir. Geniş yaşayış sahələri, şəxsi hovuzlar və fərdi xidmət anlayışı ilə seçilən NG Sign Bodrum, təbiətlə vəhdət təşkil edən memarlığı və zərif atmosferi ilə Egey bölgəsində lüks istirahət anlayışına yeni nəfəs gətirməyi hədəfləyir.

Layihə çərçivəsində qastronomiya məkanları, spa mərkəzi, beach club və uşaqlar üçün xüsusi təcrübə zonaları da yer alacaq. NG Sign Bodrum yalnız bir otel kimi deyil, qonaqlarına tam fərdiləşdirilmiş həyat tərzi və istirahət təcrübəsi təqdim edən konseptual məkan olaraq planlaşdırılır.

Oxşar xəbərlər