Azərbaycanlı turizmçilər “Experience Abu Dhabi” proqramında iştirak ediblər

Oktyabr 20, 2025 12:26 / 91
Azərbaycanlı turizmçilər “Experience Abu Dhabi” proqramında iştirak ediblər
A-
A
A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Experience Abu Dhabi” proqramı keçirilib. Tədbirdə Azərbaycandan “Voyager Group” şirkətinin tərkibində 5 seçilmiş peşəkar turizmçi iştirak edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, proqramın əsas tərəfdaşı “Flydubai” aviaşirkəti olub. Azərbaycanın da daxil olduğu Qazaxıstan, Rusiya, Özbəkistan və Tacikistan kimi ölkələri birləşdirən bu səfərin məqsədi Əbu Dabi əmirliyinin turizm potensialını region ölkələrinin turizm mütəxəssislərinə daha yaxından tanıtmaq olub.

Ümumilikdə 400-ə yaxın turizm agentinin qatıldığı tədbir çərçivəsində iştirakçılar yerli otel nümayəndələri ilə birbaşa görüşlər keçirib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, “Aviapartner” şirkəti “Voyager Group” tur operatorunun Azərbaycandakı rəsmi tərəfdaşıdır.

Oxşar xəbərlər