2025-ci ilin noyabr ayından etibarən flydubai bütün Ekonom Sinif biletlərinə pulsuz qidalanma və uçuş zamanı əyləncə xidmətlərini daxil edəcək.

Turizmplus.az xəbər verir ki, bu dəyişiklik sayəsində sərnişinlər hər uçuşda daha rahat və zövqlü səyahət təcrübəsi yaşayacaqlar. Artıq flydubai ilə səyahət edən ekonom sinif sərnişinləri uçuş zamanı yemək və əyləncə xidmətlərindən əlavə ödəniş etmədən yararlana biləcəklər.
Şirkət bu addımı müştəri təcrübəsini yaxşılaşdırmaq və uçuş zamanı komfort səviyyəsini artırmaq məqsədilə atdığını bildirib.