Təyyarədə oturacağını arxaya yatırmaq istəyən sərnişinlər əlavə ödəniş etməli olacaq

Oktyabr 14, 2025 12:11 / 62
Təyyarədə oturacağını arxaya yatırmaq istəyən sərnişinlər əlavə ödəniş etməli olacaq
A-
A
A+

Kanada mərkəzli aviaşirkət tənqidlərə səbəb olan bir tətbiqi həyata keçirib — artıq oturacağını arxaya yatırmaq istəyən sərnişinlər əlavə ödəniş etməli olacaqlar. Yeni kabin dizaynında cəmi 12 ədəd “premium” oturacaq yatırılacaq və bu oturacaqlar daha geniş baş dayağı və ergonomik quruluşu ilə diqqət çəkəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Kanadalı aviaşirkət WestJet, təyyarə oturacaqlarını arxaya yatırmaq funksiyasını yalnız əlavə ödəniş edən sərnişinlərə təqdim etmək qərarına gəlib. Şirkətin “müasir kabin təcrübəsi” adlandırdığı bu yeni tərtibatda rahat səyahət artıq lüks sayılır.

Yeni kabin dizaynında cəmi 12 ədəd “premium” oturacaq yatırılacaq və bu oturacaqlar daha geniş baş dayağı və ergonomik quruluşu ilə seçiləcək. Airporthaber-in məlumatına görə, bu oturacaqlardan yalnız əlavə ödəniş edən sərnişinlər istifadə edə biləcək. Onların dərhal arxasında yerləşən “Extended Comfort” bölməsində diz məsafəsi bir qədər çox olsa da, oturacaqlar sabit olacaq. Təyyarənin qalan standart ekonomi bölməsində isə həm diz məsafəsi, həm də komfort səviyyəsi ən aşağı səviyyədə saxlanılacaq.

Oxşar xəbərlər