LOT Polish Airlines “D” tipli milli vizaya malik sərnişinlərin daşınması ilə bağlı yeni qaydalar tətbiq edib.
Turizmplus.az xəbər verir ki, şengen zonasından kənardan səyahət edən sərnişinlərin qalma müddəti 91 gündən az və ya 365 gündən çox olan “D” tipli milli vizaları Polşa ərazisində qəbul olunmur. Bu halda sərnişinlərin Şengen zonasının xarici sərhədini keçməsinə icazə verilmir.
Həmçinin belə vizaya malik sərnişinlərin Polşa üzərindən digər Şengen ölkələrinə tranzit etməsi mümkün olmayacaq.
LOT Polish Airlines sərnişinlərə xəbərdarlıq edərək, bilet rəsmiləşdirilməzdən əvvəl vizalarının etibarlılığını yoxlamalarını tövsiyə edib.

