USD 1.7
24 °C

SON DƏQİQƏ: Qətərdən sonra BƏƏ də hava məkanını bağladı

İyun 23, 2025 21:17 / 263
SON DƏQİQƏ: Qətərdən sonra BƏƏ də hava məkanını bağladı
A-
A
A+

Birləşmiş Ərəb Əmirlikləri İranın Qətərdə yerləşən ABŞ hərbi bazasına raket hücumundan sonra regionda təhlükəsizlik məqsədilə hava məkanını müvəqqəti olaraq bağlayıb. Bu qərar regional hava nəqliyyatına və turizm sektoruna təsir göstərib.

cbx-add

Turizmplus.az Qətərin Al Udeid hərbi aviabazasına edilən hücumdan sonra bölgədə gərginlik artıb. Nəticədə həm Qətər, həm də BƏƏ hava limanlarında bir sıra beynəlxalq reyslər təxirə salınıb və ya alternativ marşrutlarla həyata keçirilib.

Turizm mütəxəssisləri hazırda bölgəyə səyahət planlaşdıran turistlərə ehtiyatlı davranmağı və aviabilet dəyişiklikləri ilə bağlı hava yolları ilə əlaqə saxlamalarını tövsiyə edirlər.

Oxşar xəbərlər