“Tangiers Travel” şirkətinin təşkilatçılığı ilə növbəti təqdimat keçirilib – TURİZM+ TV

Bakıda “Tangiers Travel” şirkətinin təşkilatçılığı ilə növbəti təqdimat keçirilib.

Turizmplus.az xəbər verir ki, bu dəfə Antaliyanın “Gloria Hotels & Resorts” hotel şəbəkəsinin nümayəndələrinin iştirakı ilə biznes səhər yeməyi təşkil edilib. Tədbirdə 50-ə yaxın yerli turizm agentliyinin nümayəndəsi iştirak edib.
Tədbiri “Tangiers Travel” şirkətinin rəhbəri Nazar Zeynalov açdıqdan sonra “Gloria Hotels & Resorts” hotel şəbəkəsinin nümayəndəsi İnna Pruxlo hotellər haqda ümumi məlumat və yeniliklər barəsində tədbir iştirakçılarına danışıb.
Qeyd edək ki, “Gloria Hotels & Resorts” hotellər şəbəkəsi öz gözəl yerləşməsi, yaşıllıqları və yüksək servisi ilə seçilən hotellərdəndir.