USD 1.7
8 °C

Azərbaycanın ən reytinqli və ən aşağı reytinqli turizm şirkəti hansıdır?

Yanvar 6, 2025 11:26 / 361
Azərbaycanın ən reytinqli və ən aşağı reytinqli turizm şirkəti hansıdır?
A-
A
A+

Bir neçə gün sonra Azərbaycanın milli səyahət platforması istifadəyə veriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Azərbaycanın ən böyük səyahət platformalarından birinə çevrilməyi hədəfləyən Trippost.az səyahət platformasında insanlar Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər, aviaşirkətlər və restoranlar barədə digər istifadəçilərin bölüşdüyü fikirləri, qiymətləndirməni və çəkdiyi fotoları görə biləcək. Bundan əlavə müzakirələrə qoşulmaq şansı əldə edəcək.

Beləcə, müxtəlif xidmətlərə görə müştərilər tərəfindən qiymətləndirmələr nəticəsində yerli turizm şirkətlərinin və s. reytinq cədvəli formalaşacaq.

İZLƏMƏK ÜÇÜN KLİKLƏYİN.

Bundan əlavə turizm şirkətlərinin qaynar və endirimdə olan turları ilə tanış ola, yaradıcı insanlar onlayn mağazada turistlərə aid hədiyyələrin satışını həyata keçirə, səyahətə yollanan insanlar özlərinə həmin tarixlərdə yol yoldaşı tapa, səyahətdən sonra səfərləri barədə yazılarını blogda paylaşa bilərlər.

Trippost hər kəs üçün açıq platformadır, fəaliyyəti obyektivdir və real istifadəçilərin şərhlərinə uyğun ən yaxşıları seçir və izləyicilərə təqdim edir.

Qeydiyyat ödənişsizdir. Şirkətinizi Trippost.az saytında görmək, turlarınızı satışa çıxarmaq istəyirsinizsə +994773331515 (whatsapp) nömrəsinə yaza bilərsiniz.

 

Oxşar xəbərlər