USD 1.7
15 °C

COP29-un Azərbaycan turizminə təsiri… – TURİZMÇİLƏR DANIŞIR

Noyabr 13, 2024 14:10 / 495
COP29-un Azərbaycan turizminə təsiri… – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) tədbiri keçirilir. Rəsmi məlumatlara əsasən, beynəlxalq tədbirdə 70 mindən artıq insan iştirak edir ki, bunların da 90%-i xarici vətəndaşlardır. Bu da ondan xəbər verir ki, siyasi arenada öz gücünü günü-gündən artıran ölkəmizin tanınması da sürətlə davam edir və Azərbaycan turizminin təbliğatı güclənir.

cbx-add

Ümumiyyətlə, COP29 tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmizin turizm sənayesinə hansı təsirləri var? 

“Sulh Travel” şirkətinin rəhbəri Elnur Həsənov:

Cop29-un ölkəmizdə keçirilməsi cənab Prezidentin seçdiyi uğurlu siyasətin nəticəsidir. Bu tədbir ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına təkan verəcək. Bildiyiniz kimi, bütün dünyanın diqqəti bu tədbirdədir və bunun Azərbaycanda keçirilməsi çox böyük əlamətdar hadisədir. Onu da bildirmək istərdim ki, bu ölkəmizin PR-ı üçün çox gözəl vasitədir. Sözsüz ki, bu tədbir turizmə hədsiz böyük dəstək verəcək. Ölkəmizin bu kimi tədbirlərlə təbliğatı nəticəsində insanlar bura səyahət etməyə, gəzməyə, görməyə can atır.Bununla əlaqədar olaraq ölkəmizi çoxlu sayda turistlərin ziyarət edəcəyindən əminik.

“Yes Travel” şirkətinin rəhbəri Sərxan Abdullayev:

COP29 tədbiri Azərbaycan üçün, xüsusilə də turizm sahəsində əhəmiyyətli təsirlərə malik ola bilər. Bu, qlobal diqqəti iqlim dəyişikliyi məsələlərinə yönəltməklə yanaşı, Azərbaycana ətraf mühitin qorunması, ekoturizmin inkişafı və dayanıqlı turizm təcrübələrinin təşviqi sahəsində yeni imkanlar gətirə bilər. COP29 tədbirinin Azərbaycan turizminə bəzi əsas təsirləri vardir bunlardan biri ekoturizmin inkişafını və yerli ekoloji dəyərlərin beynəlxalq miqyasda tanınmasıdır. Nəticədə, təbiət və milli parklar kimi yerlərə turist axını arta bilər.

Bundan əlavə turizm məkanlarının yenidən tandılması ,dayanıqlı turizm siyasətləri sayəsində bəzi məkanlarda ekoloji təmiz və dayanıqlı turizm infrastrukturu yaradılacaq. Bu isə turistlərin marağını çəkərək, Azərbaycanı daha cəlbedici bir turizm istiqamətinə çevirə bilər.

COP29 tədbiri Azərbaycanı beynəlxalq arenada daha çox tanıdacaq. Belə tədbirlər zamanı xarici media və nümayəndələr ölkədəki turizm potensialını da görüb, ölkəyə sərmayə yatırmaq üçün stimul ala bilərlər.
COP29, turizm sənayesində çalışan yerli mütəxəssislərin dayanıqlı praktikalara dair biliklərini artırmaq üçün də bir fürsət yaradır.
COP29 zamanı fərqli ölkələrin nümayəndələri ilə əlaqələrin qurulması, turizm və dayanıqlı inkişaf sahələrində təcrübə mübadiləsi imkanı yaradacaq. Bu, gələcəkdə turizm sənayesi üzrə ortaq layihələr və yeni əməkdaşlıqlar üçün əsas ola bilər.

Yekun olaraq, COP29 tədbirinin Azərbaycanda keçirilməsi, ölkənin ekoturizm sahəsində irəliləyişlər etməsinə və onu beynəlxalq miqyasda dayanıqlı turizm mərkəzi kimi tanıtmasına şərait yarada bilər.

“Baku Holiday Travel” şirkətinin nümayəndəsi Vüsalə Abuzərova:

Əvvəlcə onu deyim ki, COP29 kimi böyük miqyaslı beynəlxalq tədbir, Azərbaycana qlobal səviyyədə tanınma imkanı verə bilər. Bu, ölkənin turizm potensialını artıraraq, xarici turistlərin marağını cəlb edəcəkdir

İqlim dəyişikliyi ilə bağlı müzakirələr, Azərbaycanın təbii gözəllikləri ekoturizm üçün əlverişli şərait yaradır və konfrans bu sahədə yeni imkanlar yaradır. Bu tədbir ekoturizmə olan tələbin artmasına səbəb ola olacağından əminəm.

Həmçinin COP29 Azərbaycanın zəngin mədəni irsini və tarixini ön plana çıxara bilər. Ətraf mühitin qorunmasına fokuslanmaq, ölkənin mədəni və təbii sərvətlərinin qorunmasına diqqət çəkərək, mədəni turizmə olan marağı artıracaq.

Beynəlxalq səviyyədə keçirilən bu tədbir, infrastruktur sahəsində əlavə investisiyaların cəlb olunmasına kömək edə bilər. Bu, nəqliyyat, otelçilik və digər turizm xidmətlərinin inkişafını stimullaşdıraraq, turistlərin daha rahat səyahət etmələrinə şərait yaradacaq.

Nəticə olaraq, COP29 Azərbaycanın turizminin müxtəlif sahələrində yeni imkanlar yarada bilər və ölkənin qlobal turizm bazarında mövqeyini gücləndirəcəkdir .

RƏHİM QƏDİROV

Oxşar xəbərlər