USD 1.7
15 °C

Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” festivalı təşkil olunacaq

Noyabr 11, 2024 11:14 / 108
Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” festivalı təşkil olunacaq
A-
A
A+

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

cbx-add

Turizmplus.az xəbər verir ki, COP29 tədbiri zamanı respublikamıza gələn minlərlə turistə Azərbaycanın əsas turizm bölgələrindən biri olan Cənub bölgəsinin ekoturizm və aqro-turizm potensialını, zəngin adət-ənənələrini, mədəniyyətini nümayiş etdirmək məqsədi ilə Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ilə bağlı festival təşkil olunacaqdır.

Festivalda bölgədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin iştirakı nəzərdə tutulmuşdur. Festivalın 16 noyabr tarixində saat 11:00-dan 17:00 kimi Lənkəran şəhərinin qədim hissəsi olan Qala xiyabanı boyunca təşkil olunacaqdır.

Festival zamanı aşağıdakı  fəaliyyətlərin və işlərin görülməsi təmin olunacaqdır:

  1. Qala xiyabanı boyunca quraşdırılmlş çadırlarda müxtəlif sərgilərin qurulması.
  2. Cənub bölgəsində fəaliyyət göstərən Milli Parkların pavinlyonları ilə tanışlıq.
  3. Uşaq və yeniyetmələr üçün müxtəlif əyləncələrin təşkili.
  4. Yerli mətbəx nümünələrinin masterklasslarının nümayişi
  5. Yerli suvenirləin və əl işlərinin satış yarmarkası
  6. Çay süfrəsi və şirniyyatlar (tədbir boyu)
  7. Cənub bölgəsində fəaliyyət göstərən çayçılıq təsərrüfatlarının satış-sərgiləri.
  8. Eko turizm güşəsinin hazırlanması.
  9. Fotozona
  10. Günəş vasitəsi ilə enerji alınması qurğularının nümayişi.
  11. Müxtəlif rəqs və sənətkarlıq qruplarının nömrələri.
  12. DJ musiqisi.
  13. Fotosərgi.
  14. Street art (canlı portretlərin və şarjların çəkilişi)
  15. Sənətkarlar tərəfindən masterklasslar.
  16. Sitrus meyvələrinin sərgi satışı.

Oxşar xəbərlər