USD 1.7
22 °C

Səyahət bloggerindən VİZALARLA bağlı ETİRAZ: “Vizametrik sizə xəyanət edir”

Sentyabr 13, 2024 13:56 / 329
Səyahət bloggerindən VİZALARLA bağlı ETİRAZ: “Vizametrik sizə xəyanət edir”
A-
A
A+

Bundan öncə də xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarına şengen vizalarının verilməsi ilə bağlı problemlər davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu dəfə səyyah-blogger Elşən İsmayılov Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemanna sosial şəbəkə vasitəsilə açıq məktub ünvanlayıb:

“Hörmətli, cənab səfir Dr. Ralf Horlemann.

Keçən ilə qədər qədər Azərbaycanda viza verilməsi qaydalarına ən ədalətli şəkildə əməl edən Avropa nümayəndəliyi “Deutsche Botschaft Baku / Almaniya Səfirliyi Bakı” idi.

Ən nümunəvi dəllal şirkət isə Vizametrik idi. Hazırda isə may ayından etibarən yerlər (appointment) satılır. Səfirliyə dəfələrlə zəng edərək, yazaraq şikayətlər edilsə də əhəmiyyət verilmir.

Şəxsən mən 300-400 manata yer almağa məcbur olan onlarla adam tanıyıram.

Ya konsul, ya da Vizametrik sizə xəyanət edir.

Digər səfirliklər yerləri həm satırlar, həm də müəyyən hissəsini saxlayırlar. Sizdə isə heç bir tarixə yer olmur.

Fəaliyyətinizdə uğurlar. Kömək lazım olsa çəkinməyin, özünü tanıyan oğlanlara hər zaman vaxt var”, – deyə paylaşımın mətnində qeyd edilib.

Xatırladaq ki, bundan öncə Turizmplus.az saytı viza prosesində süni şəkildə yaradılan qanunazidd əməllər barədə silsilə məqalələr hazırlayıb.

AVROPA: İntensivlik, qiymətlər, trend şəhərlər və problemlər – TURİZMÇİLƏR DANIŞIR

Sektora ziyan vuran viza alverçiləri; Görüş yerləri qat-qat baha satılır… – TURİZMÇİLƏR DANIŞIR

Viza prosedurlarında QEYRİ-QANUNİ FAKTLAR – TURİZMÇİLƏR DANIŞIR

Oxşar xəbərlər