Dünyanın ən yaxşı aviaşirkəti açıqlandı – TOP 10

Noyabr 26, 2026 10:58 / 57
Dünyanın ən yaxşı aviaşirkəti açıqlandı – TOP 10
A-
A
A+

ABŞ-nin nüfuzlu “TIME” jurnalı və beynəlxalq araşdırma şirkəti “Statista” 2027-ci il üçün dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqini açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, noyabrın 19-da təqdim olunan reytinqdə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti dünyanın ən yaxşı aviaşirkəti seçilib.

İlk dəfə hazırlanan reytinq dünyanın müxtəlif ölkələrindən olan sərnişinlər arasında keçirilən sorğular və aviaşirkətlərin əməliyyat göstəricilərinin təhlili əsasında formalaşdırılıb.

CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

Qiymətləndirmə zamanı təyyarə salonunun komfortu, xidmət keyfiyyəti, qiymət və keyfiyyət nisbəti, uçuş zamanı təqdim olunan qida və içkilər, əyləncə sistemləri və ailəvi səyahət imkanları nəzərə alınıb.

“Emirates” ümumi reytinqlə yanaşı, ən yaxşı qiymət-keyfiyyət nisbəti və işgüzar səyahətlər üçün ən yaxşı aviaşirkət kateqoriyalarında da birinci olub.

2027-ci il üçün dünyanın ən yaxşı 10 aviaşirkəti:

  1. Emirates – Birləşmiş Ərəb Əmirlikləri

  2. Qatar Airways – Qətər

  3. Air New Zealand – Yeni Zelandiya

  4. Singapore Airlines – Sinqapur

  5. Cathay Pacific Airways – Honkonq

  6. Delta Air Lines – ABŞ

  7. South African Airways – Cənubi Afrika Respublikası

  8. China Southern Airlines – Çin

  9. Air China – Çin

  10. American Airlines – ABŞ

Qeyd edək ki, araşdırma çərçivəsində ən etibarlı aviaşirkətlər, uzun məsafəli uçuşlar və işgüzar səyahətlər üçün ən yaxşı aviaşirkətlər üzrə də ayrıca reytinqlər hazırlanıb.

Oxşar xəbərlər