Milli turizm festivalında iştirak etmək istəyən şirkətlər üçün yerlərin böyük hissəsi artıq satılıb.
2027-ci il aprelin 17–18-də Bakıda, Passage 1901 məkanında keçiriləcək TourismFest Baku 2027 milli turizm festivalında şirkətlərə satış üçün cəmi 8 stend qalıb.
Turizm sektorunun müxtəlif istiqamətlərini təmsil edən şirkətləri bir araya gətirəcək festivalda iştirak üçün ayrılmış stendlərin böyük əksəriyyəti artıq satılıb. Bu, turizm biznesinin nümayəndələrinin tədbirə marağını və yeni əməkdaşlıq imkanlarına olan tələbatı göstərir.
TourismFest Baku 2027 turizm şirkətləri, hotel və istirahət mərkəzləri, aviaşirkətlər, turizm xidmətləri göstərən digər müəssisələr üçün öz məhsul və xidmətlərini təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və potensial müştərilərlə birbaşa əlaqə yaratmaq imkanı yaradacaq.
Festival Plus Media Production tərəfindən təşkil olunur. 2024-cü ildə keçirilmiş ilk buraxılışından sonra ikinci dəfə təşkil ediləcək TourismFest 2027-nin əsas məqsədi Azərbaycanda turizm bazarının inkişafına, sektor iştirakçıları arasında əməkdaşlığın genişlənməsinə və yeni turizm məhsullarının təşviqinə töhfə verməkdir.
Festivalda stendlə iştirak etmək istəyən şirkətlər yerlərin məhdud olduğunu nəzərə alaraq qeydiyyat üçün +99450 411 38 19 nömrəsinə və ya info@tourismfest.az elektron poçt ünvanına müraciət edə bilərlər.

