“ALEAN COMPANY”nin təşkilatçılığı ilə beynəlxalq “Medical B2B Workshop” keçiriləcək – QEYDİYYAT
ALEAN COMPANY tərəfindən tibbi, sağlamlıq və Wellness turizminə həsr olunan beynəlxalq “Medical B2B Workshop” tədbiri keçiriləcək.
Turizmplus.az xəbər verir ki, 20 ildən artıqdır turizm sahəsində fəaliyyət göstərən ALEAN COMPANY-nin təşkil etdiyi tədbirdə müxtəlif ölkələrdən tibbi və sağlamlıq turizmi üzrə ixtisaslaşmış şirkət və qurumların nümayəndələri iştirak edəcəklər. Tədbir 9 oktyabr saat 14:00-da Baku Convention Centre-də keçiriləcək.
Tədbirdə Çexiya, Slovakiya, Gürcüstan, Çin, Serbiya, Macarıstan, Latviya, Litva, Rusiya və Qırğızıstandan nümayəndələrin iştirakı nəzərdə tutulur.
“Medical B2B Workshop” çərçivəsində Azerbaijan Tourism Board və Czech Tourism, eləcə də AZAL, LOT Polish Airlines, Qatar Airways, Turkish Airlines və Air Serbia kimi aviaşirkətlərin nümayəndələri iştirak edəcəklər.
Bundan əlavə, müxtəlif ölkələrin sanatoriya və tibbi-sağlamlıq mərkəzləri müalicə, reabilitasiya və sağlamlıq proqramlarını təqdim edəcəklər.
Tədbirin əsas məqsədi tibbi və sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və xarici kurort və sanatoriyaların Azərbaycan turizm bazarı ilə əlaqələrinin inkişaf etdirilməsidir.
Tədbirdə iştirak etmək və qeydiyyatdan keçmək üçün +994 77 250 07 70 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

